Bank Of Baku

Marneulidə azərbaycanlı tələbələrin assosiasiyası yaradılıb

Marneulidə azərbaycanlı tələbələrin assosiasiyası yaradılıb
# 01 iyun 2009 06:56 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Marneulidə Gürcüstanda yaşayan azərbaycanlı tələbələrin assosiasiyası yaradılıb. Bu barədə APA-ya Tələbə Assosiasiyasının üzvü Zaur Darğallı məlumat verib. Onun sözlərinə görə, Tələbə Assosiasiyası bütün təklif və rəyləri nəzərə alaraq azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyasını, gənclərin cəmiyyətdə fəallığını artırmaq niyyəti ilə yaradılıb. Qurum imkan və şəraitdən, təhsil, ekologiya, insan hüquqlarının müdafiəsi məsələləri ilə də məşğul olmaq üçün yeni layihələr həyata keзirəcək. Assosiasiya qeyri-hökumət təşkilatı kimi Gürcüstan ali təhsil müəssisələrində təhsil alan tələbələri öz ətrafında birləşdirəcək. Z. Darğallının məlumatına görə, iyunun 1-də bir qrup azərbaycanlı tələbə Uşaqların Müdafiə Günü münasibətilə Rustavi şəhərindəki əlil uşaqlara hədiyyələr aparacaq, onlar ьзьn əyləncəli tədbirlər təşkil edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR