Bank Of Baku

Azərbaycanın müxtəlif nazirlik və idarələrinin mütəxəssisləri Misirdə treninqlər keçir

Azərbaycanın müxtəlif nazirlik və idarələrinin mütəxəssisləri Misirdə treninqlər keçir
# 01 iyun 2009 08:29 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycanın müxtəlif nazirlik və idarələrinin mütəxəssisləri Misirdə treninqlər keçirlər. Misirin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, treninqlərin hər birində 10-15 nəfər iştirak edir. Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin əməkdaşları neft sahələrinin mühafizəsi və terrorçuluqla mübarizə, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ərəb mədəniyyəti, Mərkəzi Bank və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri isə menecment mövzusunda məruzələr dinləyirlər. Treninqləri Misirin Xarici İşlər Nazirliyi yanında fəaliyyət göstərən MDB ölkələri ilə Texniki Əməkdaşlıq Fondu keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR