Bank Of Baku

Tiflisdə Cənubi Qafqazda narkomaniyanın qarşısının alınması mövzusunda regional konfrans keçiriləcək

Tiflisdə Cənubi Qafqazda narkomaniyanın qarşısının alınması mövzusunda regional konfrans keçiriləcək
# 01 iyun 2009 09:11 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Gürcüstanın paytaxtı Tiflisdə Cənubi Qafqaz ölkələrinin iştirakı ilə narkomaniyanın qarşısının alınmasının profilaktikası sahəsində görülən işlər və bu sahədə təcrübə mübadiləsi mövzusunda regional konfrans keçiriləcək. APA-nın məlumatına görə, iyunun 3-4-də keçiriləcək konfrans Avropa Birliyi və BMT İnkişaf Proqramının Cənubi Qafqaz ölkələrində həyata keçirdiyi SCAD-5 Regiona Yardım Proqramının 4-cü mərhələsi çərçivəsində reallaşacaq. Toplantıda narkomaniyanın yayılmasının qarşısının alınması istiqamətində aparılan maarifləndirmə və təbliğat işlərinə cavabdeh dövlət qurumlarının vasitəçiliyi ilə QHT-lərin istifadə etdikləri metodlara dair fikir mübadiləsi aparılacaq. Yığıncaqda bu sahə ilə bağlı beynəlxalq ekspertlər mühazirələrlə çıxış edəcəklər. Tədbirə eyni zamanda Avropa Komissiyasının, BMT-nin İnkişaf Proqramının, Cənubi Qafqaz ölkələrinin təhsil, gənclər və idman nazirliklərinin nümayəndələri də qatılacaq. Bu tədbirdə Azərbaycan nümayəndə heyətinə SCAD Proqramının ölkə üzrə rəhbəri Məzahir Əfəndiyev rəhbərlik edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR