Bank Of Baku

Bakıda “Azərbaycan ərazisinin seysmikliyi və böyük şəhərlərin seysmik riski” problemi üzrə IV beynəlxalq konfrans başlayıb

Bakıda “Azərbaycan ərazisinin seysmikliyi və böyük şəhərlərin seysmik riski” problemi üzrə IV beynəlxalq konfrans başlayıb
# 01 iyun 2009 10:25 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bu gün Bakıda “Azərbaycan ərazisinin seysmikliyi və böyük şəhərlərin seysmik riski” problemi üzrə IV beynəlxalq konfrans başlayıb. APA-nın məlumatına görə, konfransın açılışında çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti Akif Əlizadə bildirib ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin sabiq direktoru Arif Həsənovun xatirəsinə həsr olunan tədbirdə Rusiya, Bolqarıstan, Yunanıstan, ABŞ, Gürcüstan, Türkiyə, Özbəkistan alimləri iştirak edirlər. Tədbirin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən A. Əlizadənin sözlərinə görə, ölkə ərazisi seysmik cəhətdən aktiv zonada yerləşir. Buna görə də Azərbaycanda seysmoloji tədqiqatlar, seysmik xidmət həmişə dövlətin nəzarəti altında olub: “İndiyədək aparılan seysmik tədqiqatlar nəticəsində bütün Azərbaycanın seysmik rejimi müəyyən olunub. Azərbaycandakı palçıq vulkanları ilə seysmikliyin əlaqəsi araşdırılıb. Seysmik tədqiqatlarla sıx bağlı olan Azərbaycanın dərinlik geoloji quruluşu tam öyrənilib. Hazırda Azərbaycanın geoloji quruluşu 5-8 kilometrədək dərinlikdə tam öyrənilib və bu da neft-qaz axtarışlarının problemlərinin həllində böyük köməklik göstərir”. Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli isə bildirib ki, 1979-cu ildə yaradılan mərkəz hazırda beynəlxalq standartlara cavab verir. Mərkəzdə peyk rabitəli, rəqəmli seysmik monitorinq sistemləri quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR