Bank Of Baku

Azərbaycanda fərdi şəxsi hesabı olan sığorta olunanların sayı artıb

Azərbaycanda fərdi şəxsi hesabı olan sığorta olunanların sayı artıb
# 01 iyun 2009 10:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində fərdi şəxsi hesabı olan sığorta olunanların sayı cari ilin əvvəli ilə müqayisədə 62 439 nəfər artaraq 1 552 439 nəfərə çatıb. DSMF-in ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayevin «APA-Economics» verdiyi məlumata görə, onlardan 846 353 nəfəri kişi, 706 086 nəfəri isə qadındır.
Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığorta olunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan sığorta olunanların sayı 434 338 nəfərdir.
Bundan başqa, 30 yaşa kimi sığorta olunan vətəndaşların sayı 358 902 nəfər, 30-40 yaşa kimi sığorta olunanlar 347 473 nəfər, 50-60 yaşa kimi sığorta olunanlar 293 346 nəfər, 60 yaşdan yuxarı olan sığorta olunanlar isə 118 380 nəfər təşkil edir.
Xatırladaq ki, fərdi uçot Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığorta olunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır.
«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən (2006-cı il 01 yanvar tarixdən tətbiq olunan) əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR