Bank Of Baku

Qəbul imtahanlarında iştirak etmək istəyən 114274 abituriyent “Elektron ərizə”sini təsdiq etdirib

Qəbul imtahanlarında iştirak etmək istəyən 114274 abituriyent “Elektron ərizə”sini təsdiq etdirib
# 01 iyun 2009 11:32 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Mayın 31-də 2009 -2010-cu tədris ili üçün ali məktəblərə və orta təhsil bazasından orta ixtisas məktəblərinə (11 illik) ərizə qəbulu başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 21-dən mayın 31-dək davam edən ərizə qəbulu zamanı TQDK-nın serverinə 117531 “Elektron ərizə” daxil olub. “Elektron ərizə” qəbulu ilə bağlı ilkin məlumatlara əsasən, Sənəd Qəbulu Komissiyalarında 114274 abituriyent “Elektron ərizə”sini təsdiq etdirib. (2008-ci ildə 116520 ərizə).
Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən 7574 abituriyent Qabiliyyət İmtahan Komissiyalarında qeydiyyatdan keçib.
I ixtisas qrupu üzrə imtahanlarda iştirak etmək üçün 36221 abituriyent, II ixtisas qrupu üzrə 25354 abituriyent, III ixtisas qrupu üzrə 36116 abituriyent, IV ixtisas qrupu üzrə 16583 abituriyent “Elektron ərizə” sini təsdiq etdirib.
Qəbul imtahanlarında iştirak etmək arzusunda olan abituriyentlərdən 55884 nəfəri oğlan, 58390 nəfəri isə qızlardır. Onlardan 102211 nəfəri Azərbaycan bölməsinə, 12063 nəfəri isə rus bölməsinə sənəd verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR