Bank Of Baku

AMEA-nın vitse-prezidenti BTC-yə seysmik təhlükənin olması ilə bağlı məlumatlara münasibət bildirib

AMEA-nın vitse-prezidenti BTC-yə seysmik təhlükənin olması ilə bağlı məlumatlara münasibət bildirib
# 01 iyun 2009 11:52 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Hazırda Azərbaycan ərazisində seysmoloji vəziyyət sabitdir. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Akif Əlizadə bildirib. Onun sözlərinə görə, Azərbaycanın Böyük Qafqaz ərazisində yerləşən Şəki-Şamaxı zonası, Böyük Qafqazın cənub yamacı, Talış dağları seysmik baxımdan çox aktivdir. Lakin A. Əlizadə Azərbaycan ərazisində seysmik aktivlik yüksək olduğundan burada çoxmərtəbəli binaların tikilməsinin yolverilməzliyi ilə bağlı fikirlərlə razılaşmadığını bildirib: “Əsas məsələ odur ibarətdir ki, lap təhlükəli seysmik zonalarda belə mühəndis geoloji baxımdan düşünülmüş binalar tikilirsə, onların heç bir qorxusu yoxdur. Azərbaycandakı tikililər 7-8 ballıq zəlzələyə davamlıdır. Ümumiyyətlə isə Azərbaycan 9 ballıq zəlzələ zonasında yerləşir”.

A. Əlizadə deyib ki, Azərbaycan ərazisindəki seysmik stansiyalardan bir neçəsi Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri boyunca monitorinq aparır: “Bəzən mətbuatda yazırlar ki, BTC-yə seysmik təhlükələr var. Bu, belə deyil. BTC-nin keçdiyi ərazilərdə seysmik aktiv zonalar var. O zonalarda da hazırda monitorinqlər icra olunur. Amma Azərbaycanda belə zonalar az deyil. Ona görə də məhz BTC-nin keçdiyi ərazilərdəki seysmik zonaları qabartmaq düzgün olmazdı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR