Bank Of Baku

İyun ayında Azərbaycan ərazisində havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacaq

İyun ayında Azərbaycan ərazisində havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacaq
# 01 iyun 2009 11:52 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. İyun ayında Azərbaycan ərazisində havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, ay ərzində yağıntıların respublika üzrə qeyri-bərabər paylanması proqnozlaşdırılır. Aylıq yağıntının miqdarı əksər rayonlarda iqlim normasına yaxın, lakin bəzi dağlıq və dağətəyi rayonlarda normadan bir qədər çox olacağı ehtimal olunur.

İyun ayı ərzində Bakı və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 22-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 15-20, gündüzlər 25-30 dərəcə isti olacaq. Bəzi günlərdə temperatur 35 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-10 mm) olacağı proqnozlaşdırılır.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 23-24 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 14-19 dərəcə, gündüzlər 26 -31 isti olacaq, ayrı-ayrı günlərdə 35-37 dərəcəyədək yüksələcək. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın, (norma 21-35 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ-Xankəndi, Xocavənd, Zəngilan, Qubadlı, Şuşa, Xocalı, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında havanın orta aylıq temperaturunun 14-17 dərəcə isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr 9-14, gündüzlər 18-23 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 24-27 dərəcəyədək yüksələcək. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 86-130 mm) olacağı ehtimal olunur.

Qazax-Gəncə, Tərtər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayılda havanın orta aylıq temperaturun 21-24 dərəcə isti, gecələr 13-18, gündüzlər 24-29 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 32-35 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 46-63 mm) olacağı proqnozlaşdırılır.

Balakən-Şəki-Zaqatala-Oğuz-Qəbələ, Şamaxı-İsmayıllı, Xızı, Siyəzən-Dəvəçi, Quba-Qusar-Xaçmazda havanın orta aylıq temperaturunun 19-22 dərəcə isti olacağı gözlənilir. Gecələr 12-17, gündüzlər 20-25 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 28-33 dərəcəyədək yüksələcək. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 18-179 mm) olacağı proqnozlaşdırılır.

Mərkəzi Aran rayonlarında - Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Salyan, Hacıqabul, Neftçalada havanın orta aylıq temperaturun 23-25 dərəcə isti olacağı ehtimal olunur ki, bu da iqlim normasına yaxındır. Gecələr 16-21, gündüzlər 27-32 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 35-38 dərəcəyədək yüksələcək. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın (norma 12-50 mm) olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlıda havanın orta aylıq temperaturunun 22-24 isti olacağı proqnozlaşdırılır. Gecələr 14-18, gündüzlər 24-29 dərəcə isti olacaq, bəzi günlərdə temperatur 32-36 dərəcəyədək yüksələcək. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın (norma 29-47 mm) olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR