Bank Of Baku

Azərbaycan Dövlət Filarmoniyasında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə konsert və rəsm sərgisi keçirilib

Azərbaycan Dövlət Filarmoniyasında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə konsert və rəsm sərgisi  keçirilib
# 01 iyun 2009 13:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Filarmoniyasında 2009-cu il “Uşaq İli” çərçivəsində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə konsert və rəsm sərgisi keçirilib. APA-nın məlumatına görə, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, Təhsil, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, ombudsman Elmira Süleymanova, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov iştirak ediblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova uşaqların hüquqlarının daima qorunmasının vacibliyini vurğulayıb: “Bu gün Uşaqların Beynəlxalq Müdafiə Günüdür. Bu il Azərbaycanda “Uşaq İli” elan olunması çox əlamətdar hadisədir. Bu gün bir neçə dövlət qurumu, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə birgə tədbir keçirilir. Bu günümüzü körpələrimizə, gələcəyimizə həsr etmişik və günün sonuna kimi tədbirlər davam edəcək”. Gənclər və idman naziri Azad Rəhimov 1 iyun – Uşaqların Beynəlxalq Müdafiə Gününün ümumrespublika bayramı olduğunu vurğulayıb: “Uşaqlar bizim gələcəyimizdir, gərək gələcəyimizi layiqli yetişdirək. Bu günü bütün cəmiyyət, valideynlər, müəllimlər qeyd edirlər. Bu bizim nazirliyə çox yaxın olan bir bayramdır və ona görə də, tədbirlərin keçirilməsinə bizim də təşəbbüsümüz olub. Tədbirlər silsilə xarakteri daşıyır”. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Misir Mərdanov, Ombudsman Elmira Süleymanova Azərbaycan uşaqlarını təbrik edib, onlara uğurlu və xoşbəxt gələcək arzulayıblar. Tədbirdə “Uşaq İli” çərçivəsində rəsm və foto üzrə respublika müsabiqəsində fərqlənmiş foto və rəsmlər nümayiş etdirilib və müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi keçirilib. Mərasim incəsənət ustaları və uşaq bədii kollektivlərinin konserti ilə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR