Bank Of Baku

Azad Rəhimov: “Bu ilin beş ayı ərzində 1800-1900 gənc işlə təmin olunub”

Azad Rəhimov: “Bu ilin beş ayı ərzində 1800-1900 gənc işlə təmin olunub”
# 01 iyun 2009 14:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “2008-ci ilin beş ayı ərzində dörd minə yaxın gənc işlə təmin olunmaq üçün məşğulluq idarələrinə müraciət edib. Onların 1800-1900 nəfəri işlə təmin olunub. Yəni müraciət edənlərin yarısı müsbət nəticə əldə edib”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir bildirib ki, dünyadakı iqtisadi böhran Azərbaycanda gənclərin işlə təminatına təsir göstərməyib: “Bu sahədə iqtisadi böhranın təsirindən söhbət gedə bilməz. Azərbaycanda bütün sahələrdə layihələr, eyni zamanda sosial layihələr həyata keçirilir. Bizim nazirlik sosial obyektlərin tikintisini davam etdirir. Sabah Pirşağıda yeni idman zalının açılış mərasimini keçirəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR