Bank Of Baku

Hicran Hüseynova: “Azərbaycanda uşaqların problemlərinin həlli hər zaman diqqət mərkəzində olub”

Hicran Hüseynova: “Azərbaycanda uşaqların problemlərinin həlli hər zaman diqqət mərkəzində olub”
# 01 iyun 2009 14:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Azərbaycanda uşaqların problemlərinin həlli hər zaman diqqət mərkəzində olub. Xüsusən də qaçqın və məcburi köçkün uşaqların problemlərinin həlli ilə bağlı beynəlxalq təşkilatlar - Avropa Şurası, BMT qarşısında dəfələrlə məsələ qaldırılıb”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. Komitə sədri bildirib ki, doğma torpaqlarından qaçqın düşmüş uşaqların problemləri, onların hüquqlarının bərpa olunması məsələləri daim müvafiq instansiyalara çatdırılır: “Hazırda Azərbaycan uşaqlarının 20 faizini qaçqın və məcburi köçkünlər təşkil edir. Uşaqlarla bağlı qarşımızda dayanan əsas məsələ onların sağlamlıq, təhsil problemlərinin həllidir. İstər bizim komitə, istərsə də digər dövlət qurumları daim bu problemlərin həlli ilə məşğuldur. Uşaqların problemləri ilə bağlı xüsusi dövlət proqramı işlənilir, tədbirlər planı tutulur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR