Bank Of Baku

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Milli Parkda qeyd edilib

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Milli Parkda qeyd edilib
# 01 iyun 2009 14:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və İdman Nazirliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiə Günü ilə bağlı Milli Parkda uşaqlar üçün musiqili-əyləncəli tədbir keçirilib. APA-nın məlumatına görə, tədbir 2009-cu ilin “Uşaq ili” elan olunması ilə bağlı hazırlanmış tədbirlər planı çərçivəsində təşkil olunub. Tədbir çərçivəsində tamaşaçılar istedadlı uşaqların, rəssamların, yaradıcı kollektivlərin, eləcə də idmançıların iştirakı ilə maraqlı əyləncəli-idman proqramları, teatr səhnəcikləri izləyiblər. Uşaqlar eyni zamanda müxtəlif yarışlara qatılmaq imkanı əldə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR