Bank Of Baku

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri müşavirə keçirib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri müşavirə keçirib
# 01 iyun 2009 14:44 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev qurumun maliyyələşdirdiyi layihələrin monitorinqi ilə bağlı müşavirə keçirib. APA-nın məlumatına görə, A. Quliyev monitorinqin ictimai effektivliyin, QHT-lərin ehtiyaclarının müəyyənləşdirilməsi, layihədə nəzərdə tutulan nəticələrin əldə edilməsi, ictimai sektorun vəziyyətinin öyrənilməsi və digər istiqamətlərdə aparılmasının zəruri olduğunu deyib: “Maliyyələşdirilən layihələrin monitorinqinə cəlb edilən iki QHT - Beynəlxalq Avrasiya Mətbuat Fondunun və Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin bu sahədə aparacağı iş şura əməkdaşlarının yerinə yetirdiyi normativ yoxlamaları təkrar etməməli və metodologiya baxımından fərqli olmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR