Bank Of Baku

Türkiyə universitetlərinə qəbul olunmuş 48 azərbaycanlı tələbənin adı açıqlanıb

Türkiyə universitetlərinə qəbul olunmuş 48 azərbaycanlı tələbənin adı açıqlanıb
# 01 iyun 2009 15:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 2009-2010-cu tədris ili üçün Türkiyə universitetlərinə qəbul olunmuş Azərbaycan vətəndaşlarının adları bəlli olub. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul olunmuş abituriyentlər lazımi sənədlərin hazırlanması üçün iyunun 2-dən 15-dək Təhsil Nazirliyinə müraciət etməlidir. Türkiyə universitetlərində Azərbaycan vətəndaşları üçün 48 yer ayrılıb. Həmin yerlərə qəbul olunan azərbaycanlı gənclərdən 25 nəfəri Türkiyə türkcəsindən müvəffəqiyyətlə imtahan verdiklərinə görə bir illik dil kursunda təhsil almadan birbaşa daxil olduqları universitetin birinci kursunda oxumağa başlayacaqlar. Səkkiz nəfər də təhsilə birinci kursdan başlayacaq, lakin dil bilgilərini qısa müddətdə artırmalıdır. Qalan 15 nəfər isə bir illik dil kursundan sonra təhsilə başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR