Bank Of Baku

“Akkord” şirkəti Azərbaycanda Uşaq İli və Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı xeyriyyə tədbiri keçirib

“Akkord” şirkəti Azərbaycanda Uşaq İli və Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı xeyriyyə tədbiri keçirib
# 02 iyun 2009 08:39 (UTC +04:00)
Bakı-APA. “Akkord” Şirkətlər Qrupu respublikanın uşaq müəssisələrində xeyriyyə tədbiri keçirib. “Akkord” Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, şirkətin nümayəndələri əvvəlcə Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 39 saylı kardionevroloji uşaq sanatoriyasına baş çəkiblər. Müxtəlif ürək qüsurları ilə bağlı bu sanatoriyada ixtisaslaşmış müalicə alan 50 uşağı əlamətdar gün münasibətilə təbrik edən şirkət nümayəndələri özləri ilə gətirdikləri hədiyyələri onlara təqdim ediblər. Uşaqlara rəngli, gözəl dizayna malik nağıl kitabları, dəftərxana ləvazimatları hədiyyə edən şirkət həmçinin müəssisəyə 1 ədəd 60 m2-lik sahəni əhatə edən kondisioner bağışlayıb. Tədbirlər çərçivəsində müəssisədə müalicə alan uşaqlar üçün “Axın” Teatr Məktəbinin aktyorlarının ifasında “Tıq-tıq xanım” tamaşasının nümayişi təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR