Bank Of Baku

Təhsil naziri: “Yeni dərs ilindən bütün universitetlərin və böyük orta məktəblərin təhlükəsizliyi dövlət tərəfindən təmin olunacaq”

Təhsil naziri: “Yeni dərs ilindən bütün universitetlərin və böyük orta məktəblərin təhlükəsizliyi dövlət tərəfindən təmin olunacaq”
# 02 iyun 2009 09:11 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov bildirib. Onun sözlərinə görə, yeni dərs ilindən bütün universitetlərdə və böyük orta məktəblərdə təhlükəsizlik dövlət tərəfindən qorunacaq: “Açığı, dövlətin 4 min 500-dən çox məktəbin hamısının qorunması üçün maddi imkanı yoxdur. Daxili İşlər Nazirliyi də bununla bağlı müəyyən güzəştlər etməyə söz verib. Amma Bakıda və rayonlarda məktəblərin əksəriyyəti dövlətin xüsusi mühafizə xidməti tərəfindən qorunacaq. Heç kəs, o cümlədən, Təhsil Nazirliyi istəməz ki, şagirdlərin və tələbələrin təhlükəsizliyi ilə bağlı hər hansı problem olsun. Çalışacağıq ki, təhsil müəssisələrində Neft Akademiyasında baş vermiş hadisə bir daha təkrarlanmasın”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR