Bank Of Baku

Azərbaycanda hər il 10 minə yaxın müəllim işdən azad olunur

Azərbaycanda hər il 10 minə yaxın müəllim işdən azad olunur
# 02 iyun 2009 10:03 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Hər il 10 minə yaxın müəllim müxtəlif səbəblərdən işdən azad olunur. APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov dərs ilinin yekunları ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında bildirib. Nazir deyib ki, hazırda ölkədə 170 mindən çox müəllim var. Müəllimlərin çoxluğundan narahat olduqlarını deyən M. Mərdanov bildirib ki, hazırda Təhsil Nazirliyinin rəyi olmadan orta məktəblərə yeni müəllim götürmək olmaz: “Qüvvədə olan qaydalara görə, müəllimlərə minimum altı saat dərs verilməlidir. Gələn ildən bu saatların miqdarını qaldırmağı düşünürük. Hazırda müəllim hazırlığına ciddi diqqət yetirilir. Təhsil Problemləri İnstitutunda isə “Kurrikulum Mərkəzi” fəaliyyətə başlayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR