Bank Of Baku

Təhsil Nazirliyi bu dərs ilinin 100 “Ən yaxşı müəllim” və 50 “Ən yaxşı məktəb”inin seçiminə başlayıb

Təhsil Nazirliyi bu dərs ilinin 100 “Ən yaxşı müəllim” və 50 “Ən yaxşı məktəb”inin seçiminə başlayıb
# 02 iyun 2009 10:29 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Təhsil Nazirliyi bu dərs ilinin 100 “Ən yaxşı müəllim” və 50 “Ən yaxşı məktəb”inin seçiminə başlayıb. APA-nın məlumatına görə, dərs ilinin yekunları ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında təhsil naziri Misir Mərdanov deyib ki, Naxçıvan Muxtar Respublikası “Ən yaxşı müəllim” və “Ən yaxşı məktəb”i özü seçir. Ölkə üzrə 5 ən yaxşı müəllim və 3 ən yaxşı məktəb Muxtar Respublikanın payına düşəcək. Yerdə qalan 95 ən yaxşı müəllimi və 47 ən yaxşı məktəbi Təhsil Nazirliyi seçəcək. Nazirin sözlərinə görə, hər iki müsabiqə üç mərhələdən ibarət olacaq: “Ən yaxşı müəllim” müsabiqəsinin birinci mərhələsində müəllim öz tərcümeyi-halına görə qiymətləndiriləcək, ikinci mərhələdə müəllimin dərsi dinləniləcək, üçüncü mərhələdə isə müəllim Təhsil Nazirliyinə gələrək 23 nəfərdən ibarət münsiflər heyəti qarşısında 10 dəqiqə ərzində hesabat verəcək. Müəllimə 10 ballıq sistem üzrə qiymət veriləcək. “Ən yaxşı məktəb” müsabiqəsində isə məktəbin fəaliyyəti qiymətləndiriləcək, təhsil müəssisəsinin IX və XI siniflərinin imtahanlarının nəticələrinə diqqət yetiriləcək.
M. Mərdanovun sözlərinə görə, bu gün 10 müəllim Təhsil Nazirliyində qiymətləndirilib. Müsabiqə seçimi hər gün 9.00-dan 11.00-dək nazirlikdə aparılır. Təhsil Nazirliyi bir ay ərzində “Ən yaxşı müəllim” və “Ən yaxşı məktəb” müsabiqəsinin seçimini yekunlaşdıracaq. Ümumilikdə isə müsabiqəyə 217 müəllim, 105 məktəb müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR