Bank Of Baku

Azərbaycanda Etalon Mərkəzi tikilib, ölkəyə vaxt və tezlik etalonları gətiriləcək

Azərbaycanda Etalon Mərkəzi tikilib, ölkəyə vaxt və tezlik etalonları gətiriləcək
# 02 iyun 2009 11:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin sonunadək Azərbaycana vaxt və tezlik etalonları gətiriləcək. «APA-Economics»in məlumatına görə, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov bildirib.

Etalonlar Avropa İttifaqı ilə birgə həyata keçirilən Tvinning layihəsi çərçivəsində alınacaq.

Komitə sədrinin sözlərinə görə, artıq Azərbaycanda inşa edilmiş Etalon Mərkəzi hazırdır. Yalnız alınmış avadanlıqların qurulması qalır və yaxın vaxtlarda bu məqsədlə Komitənin dəvəti ilə Avropadan mütəxəssislər gələcək.

Qeyd edək ki, hazırda Mərkəz üçün çəki, təzyiq və elektrik etalonları alınaraq Azərbaycana gətirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR