Bank Of Baku

Bu il Qazaxıstanın sahil sularında qanunsuz balıq ovu ilə məşğul olan 32 Azərbaycan və Rusiya vətəndaşı saxlanılıb

Bu il Qazaxıstanın sahil sularında qanunsuz balıq ovu ilə məşğul olan 32 Azərbaycan və Rusiya vətəndaşı  saxlanılıb
# 02 iyun 2009 12:07 (UTC +04:00)
Astana. Ləman Ağayeva-APA. Bu ilin əvvəlindən etibarən Qazaxıstanın sahil sularında qanunsuz balıq ovu ilə məşğul olan 32 Azərbaycan və Rusiya vətəndaşı saxlanılıb. APA-nın Qazaxıstandakı müxbirinin verdiyi məlumata görə, Xəzər dənizinin Qazaxıstan hissəsinə aid olan sularda 7 gəmi, 800 kiloqram qanunsuz ovlanmış balıq və 40 ov alətləri hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən götürülüb. Atırau, Manqistau və Şərqi Qazaxıstan vilayətlərinin sərhəd suları ərazisində qanunsuz olaraq 26,5 ton balıq, onlardan 2 tona yaxını nərə cinslidir, 453 ov aləti və 13 gəmi və üzmək üçün nəzərdə tutulan qurğulardır. Qanunsuz balıq ovu ilə məşğul olanlar barəsində 60 cinayət işi açılıb, onlardan 37-si məhkəməyə göndərilib, inzibati qaydada 173 protokol tərtib edilib, 570 min təngə isə cərimə ödənilib. Azərbaycan Aktaudakı baş konsulluğundan APA-ya verilən məlumata görə hazırda Qazaxıstanda balıq ovuna görə həbs olunmuş Azərbaycan vətəndaşı yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR