Bank Of Baku

Bu il 33 yeni məktəb və əlavə korpus inşa ediləcək

Bu il 33 yeni məktəb və əlavə korpus inşa ediləcək
# 02 iyun 2009 12:36 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. On il ərzində dövlət vəsaiti hesabına 1507 yeni məktəb və əlavə korpus tikilib. APA-nın məlumatına görə, bunu dərs ilinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, ötən il yeni tikilmiş məktəb və əlavə korpusların sayı 150, təmir olunmuş məktəblərin sayı 121, istilik sistemi yenidən qurulmuş və təmir edilmiş orta məktəblərin sayı isə 177 olub. Nazir ötən il 19 uşaq bağçasının və körpələr evinin təmir olunduğunu, 16 bağça və körpələr evinin inşa edildiyini söyləyib. Bu il isə inşa ediləcək məktəb və əlavə korpusların sayı 33, təmir ediləcək məktəblərin sayı 16 olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR