Bank Of Baku

Ötən ay Azərbaycanda 15 tona yaxın yararsız məhsul aşkarlanıb

Ötən ay Azərbaycanda 15 tona yaxın yararsız məhsul aşkarlanıb
# 02 iyun 2009 13:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən həyata keçirilən növbəti monitorinq zamanı Xırdalan şəhərində «Almaz-3» kiçik müəsissəsinə və fiziki şəxs F. Əliyevaya məxsus topdansatış mağazalarında, fiziki şəxs A. Ağayevə məxsus «Seymur» pərakəndə ticarət mağazasında, həmçinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində fiziki şəxslər C. Məmmədova və M. Abdullayevaya məxsus pərakəndə ticarət obyektlərində, Qusar şəhəri Səfixanov küçəsində R. Məhsimova məxsus pərakəndə ticarət mağazasında ümumi çəkisi 1,3 tona yaxın istifadə müddəti ötmüş ərzaq məhsulları, o cümlədən insanların gündəlik istehlakında geniş istifadə olunan qənnadı və kolbasa məmulatları, yağ, makaron, uşaq yeməkləri və s. mallar aşkar olunub. Keyfiyyətsiz mallar satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş 1 hüquqi və 5 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib olunub.
Ümumiyyətlə, bu ilin may ayı ərzində Dövlət Xidməti tərəfindən Bakı şəhərində və ölkənin regionlarda həyata keçirilən monitorinqlər zamanı ticarət obyektlərindən ümumi çəkisi 15 tona yaxın yararlıq müddəti ötmüş məhsullar aşkar olunub və satışdan çıxarılaraq məhv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR