Bank Of Baku

Dünyanın 62 ölkəsində “donuz qripi”nə 17410 yoluxma halı qeydə alınıb

Dünyanın 62 ölkəsində “donuz qripi”nə 17410 yoluxma halı qeydə alınıb
# 02 iyun 2009 15:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən iyunun 1-nə qədər dünyanın 62 ölkəsində 17410 laborator təsdiqlənmiş A(H1N1) qrip hadisəsi qeydə alınıb. Bu barədə APA-ya Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Meksikada 97, ABŞ-da 15, Kanadada 2 və Kosta- Rikada 1 hadisə ölümlə nəticələnib. Virus Meksika, ABŞ, Kanada, Kosta-Rika, Argentina, Avstraliya, Avstriya, Bahama, Bəhreyn, Belçika, Boliviya, Braziliya, Çili, Çin, Kolumbiya, Kuba, Kipr, Çex Respublikası, Danimarka, Dominikan Respublikası, Ekvador, El Salvador, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Qvatemala, Honduras, Macarıstan, İslandiya, Hindistan, İrlandiya, İsrail, İtaliya, Yamayka, Yaponiya, Koreya, Küveyt, Malayziya, Niderland, Yeni Zelandiya, Norveç, Panama, Paraqvay, Peru, Filippin, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Sinqapur, Slovakiya, İspaniya, İsveç, İsveçrə, Tailand, Türkiyə, Uruqvay, Venesuela, Vyetnam və Birləşmiş Krallıqda qeydə alınıb.
Azərbaycanda isə bu xəstəliklə bağlı şübhəli hallar müşahidə edilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR