Bank Of Baku

Gürcüstan ali məktəblərində 300-dək azərbaycanlı tələbə təhsil alır

Gürcüstan ali məktəblərində 300-dək azərbaycanlı tələbə təhsil alır
# 03 iyun 2009 08:32 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Bu il Gürcüstanın qeyri-gürcü orta məktəblərində son zəng tədbirləri keзirilməyib. Bu barədə APA-ya Marneuli Rayon Təhsil Resursları mərkəzinin rəhbəri Kamandar İsmayılov məlumat verib. Onun sözlərinə görə, bu il qeyri-gürcü orta məktəblərində, o cümlədən soydaşlarımızın oxuduğu məktəblərdə buraxılış yoxdur: “Bu il yalnız gürcü orta məktəblərində buraxılış olub. 12-ci sinfi bitirən məzunlar son zəngi mayın 15-də vurublar. Bu il Marneulidə gürcü orta məktəblərini 207 şagird başa vurub”.
Onun sözlərinə görə, Azərbaycan dilli məktəblərdə keзən il buraxılış olub. 1339 nəfər azərbaycanlı şagird orta məktəbi bitirib.
Qeyd edək ki, Marneulidə 53 Azərbaycan dilli məktəb fəaliyyət göstərir. Keзən il 25 nəfər azərbaycanlı gənc gürcü ali məktəblərinə qəbul olub. Gürcüstan ali məktəblərində 300 nəfərədək azərbaycanlı tələbə təhsil alır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR