Bank Of Baku

“QHT və KİV münasibətləri” mövzusunda konfrans keçirilib

“QHT və KİV münasibətləri” mövzusunda konfrans keçirilib
# 03 iyun 2009 10:26 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “QHT və KİV münasibətləri” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, şura sədri Azay Quliyev Azərbaycanda QHT-lərlə KİV-in münasibətinin kifayət qədər yaxın olduğunu söyləsə də, problemlərin də mövcudluğunu etiraf edib: “Bu gün Azərbaycanda QHT jurnalistikası yox dərəcəsindədir və mətbuatda QHT fəlsəfəsi lazımı səviyyədə qiymətləndirilmir. Bəzən QHT-lər KİV-in hədəfinə çevrilir. Amma mən burada təkcə KİV-i günahlandırmaq fikrində deyiləm. Bir sıra hallarda QHT-lərin özləri də KİV-lə normal münasibət qura bilmir”.

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov konfransda “QHT-lərin fəaliyyətinin KİV-də işıqlandırılması mexanizmləri, mövcud olan problemlər” mövzusunda məruzə ilə çıxış edib. Onun sözlərinə görə, Azərbaycanda aktiv, peşəkar və davamlı çalışan QHT-lərin fəaliyyəti mətbuat tərəfindən izlənir: “Bu gün Azərbaycanda dövlət qeydiyyatından keçən QHT-lərin cəmi 10 faizi aktiv fəaliyyət göstərir. Hansısa QHT-nin fəaliyyəti mətbuatda işıqlandırılmırsa, həmin qurum günahı özündə axtarmalıdır”. S. Şərifov təklif edib ki, QHT-lərin layihələrində tədbirlərin mətbuatda işıqlandırılması ilə bağlı da maliyyə nəzərdə tutulsun.

Konfransda iştirak edən KİV və QHT rəhbərləri mövzuya dair fikirlərini bildirib, problemin müxtəlif həlli yollarını təklif ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR