Bank Of Baku

Azərbaycanın 21 rayonunda mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilib

Azərbaycanın 21 rayonunda mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilib
# 03 iyun 2009 14:03 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Azərbaycanın 21 rayonunda mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilib. Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyevanın APA-ya verdiyi məlumata görə, imtahanlar Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Ucar, Zaqatala, Saatlı, Sabirabad və Qobustan rayonlarının orta ümumtəhsil məktəblərində baş tutub. T. Hacıyeva deyib ki, imtahanlarda 23 minə yaxın şagird iştirak edib. Nəticələrin hələ yolda olduğunu söyləyən T. Hacıyeva bildirib ki, sabah səhər şagirdlərin biliyi qiymətləndiriləcək və iki saat ərzində rayonlara çatdırılacaq. Yalnız buraxılış imtahanlarının nəticələrinin qiymətləndiriləcəyini vurğulayan şöbə müdirinin sözlərinə görə, yekun attestat qiymətləri iyunun 16-da keçiriləcək sonuncu imtahandan sonra açıqlanacaq.

İmtahanların növbəti mərhələsi isə iyunun 8-də Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağdam, Ağstafa, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR