Bank Of Baku

Azərbaycanın təbii sərvətləri ilə bağlı yeni kitab çapdan çıxıb

Azərbaycanın təbii sərvətləri ilə bağlı yeni kitab çapdan çıxıb
# 03 iyun 2009 14:06 (UTC +04:00)
Bakı-APA. Bu günlərdə “Elm” nəşriyyatında Azərbaycan Dövlət Kooperasiya Universitetinin dosenti, texnika elmləri namizədi Cabbar İsmayılovun “Azərbaycanın mineral xammal yataqlarının sənaye genetik tipləri, iqtisadi və ekoloji qiymətləndirilməsi” adlı kitabı çıxıb. APA-nın məlumatına görə, kitabda Azərbaycanın mineral sərvətlərinin təsnifatı, genezisi və iqtisadi-ekoloji cəhətdən qiymətləndirilməsi problemləri əsaslandırılır. Kitab ali məktəb, elmi-tədqiqat institutlarının əməkdaşları, iqtisadiyyat, geoloji kəşfiyyat və coğrafiya-ekologiya fakültələrində oxuyan tələbələr üçün nəzərdə tutulub. Qeyd edək ki, kitabın elmi redaktoru coğrafiya elmləri doktoru, professor A. A. Qurbanzadə, rəyçiləri geologiya-mineralogiya elmləri namizədi K. Q. Rəhimov və coğrafiya elmləri namizədi K. Ş. Allahverdiyevdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR