Bank Of Baku

“Akkord” Zuğulbadakı uşaq sanatoriyasında xeyriyyə tədbiri keçirib - FOTO

“Akkord” Zuğulbadakı uşaq sanatoriyasında xeyriyyə tədbiri keçirib - <font color=red> FOTO</font>
# 03 iyun 2009 16:17 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün “Akkord” Şirkətlər Qrupu Zuğulbadakı “Professor Gendes adına Uşaq Sanatoriyası” Müalicə Müəssisəsində xeyriyyə tədbiri keçirib. “Akkord” Şirkətlər Qrupunun İctimaiyyətlə Əlaqələr Şöbəsindən APA-ya verilən məlumata görə, tədbir 2009-cu ilin “Uşaq ili” elan olunmasının dəstəklənməsi məqsədilə keçirilib. Şirkət əməkdaşları burada müalicə alan 54 uşağa nağıl kitabları, şirniyyat məhsulları və müxtəlif meyvələrdən ibarət bağlamalar paylayıblar. Həmçinin müəssisəyə 1 ədəd kondisioner hədiyyə edilib. Tədbirdə “Asiman” rəqs qrupu uşaqlara xoş dəqiqələr bəxş edib.

Qeyd edək ki, “Akkord” Şirkətlər qrupu bu kimi xeyriyyə tədbirlərini davamlı olaraq keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR