Bank Of Baku

ETSN Kür və Araz çaylarında keçirdiyi növbəti monitorinqin nəticələrini açıqlayıb

ETSN Kür və Araz çaylarında keçirdiyi növbəti monitorinqin nəticələrini açıqlayıb
# 04 iyun 2009 06:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə may ayının III ongünlüyü üçün növbəti monitorinq keçirib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, III ongünlükdə Kür çayında suyun sərfi II ongünlüyə nisbətən 59 m3/san azalaraq 476 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərində təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Belə ki, “Şıxlı-2” məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 2, Ağstafaçay məntəqəsində fenollar və mis birləşmələri 2, Ağstafaçay su anbarında fenollar 2, mis birləşmələri isə 3 dəfə yol verilən qatılıq həddindən (YVQH) artıq olub.

Aparılan monitorinqin nəticələrinə görə, Ermənistanla transsərhəd olan Araz çayında suyun sərfi 71,5 m3/san təşkil edib. Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan mis birləşmələri 2, fenollar 3, I Şahsevən məntəqəsində mis birləşmələri 3, fenollar 2, Bəhramtəpə məntəqəsində mis birləşmələri 3, fenollar isə 2 dəfə YVQH keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5.27-5.93 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR