Bank Of Baku

Bakıdan Şirvana getmək istəyən sərnişinlər nəqliyyat problemi ilə üzləşiblər

Bakıdan Şirvana getmək istəyən sərnişinlər nəqliyyat problemi ilə üzləşiblər
# 04 iyun 2009 07:54 (UTC +04:00)
Şirvan. Əlibәy Zeynallı-APA. Bakıdan Şirvana getmək istəyən sərnişinlər nəqliyyat problemi ilə üzləşiblər. Bu barədə APA-nın Mil-Muğan bürosuna şəhər sakinləri və sürücülərdən məlumat daxil olub. Onların sözlərinə görə, nəqliyyat nazirinin göstərişi ilə Səbayel rayonu ərazisində yerləşən “Klassik Aİ” MMM şirkətinə məxsus avtovağzalın bağlanmasına baxmayaraq, vağzal qanunsuz fəaliyyət göstərir. Nazirin sərəncamı ilə Şirvan şəhəri istiqamətində hərəkət edən mikroavtobuslar Lökbatan ərazisində yerləşən yeni ticarət mərkəzindən yola düşməlidir. Lakin sərəncamla bağlanmış Səbayel “Klassik Aİ” MMM şirkətinə məxsus avtovağzaldan “Hyunday” markalı avtobuslar qanunsuz olaraq sərnişin daşıyır ki, bu da sərnişinləri çaş-baş salıb. Bəzən sərnişinlər saatlarla avtomobil axtarmalı olurlar. Məsələyə münasibət bildirən Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov APA-nın Mil-Muğan bürosuna açıqlamasında bununla əlaqədar nəqliyyat nazirinin xüsusi göstərişinin olduğunu bildirib. Onun sözlərinə görə, hər bir rayona sərnişin avtomobilləri yalnız bir çıxışdan, yaxud da yeni istifadəyə verilmiş beynəlxalq avtovağzaldan yola düşməlidir. Əks təqdirdə sərəncamı pozanlara qarşı ciddi tədbirlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR