Bank Of Baku

Ötən ay Azərbaycanda 2 348 225 kvadrat metr ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Ötən ay Azərbaycanda 2 348 225 kvadrat metr ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
# 04 iyun 2009 11:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu ilin may ayı ərzində Azərbaycanda 2 348 225 kvadrat metr ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib. Əməliyyatlar nəticəsində 20 601 PHS və mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 425 mütəxəssis və 115 nəfər yardımçı heyət, həmçinin 5 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edib. Ümumilikdə ANAMA tərəfindən indiyədək 102 880 063 kvm ərazi təmizlənib və 446 528 mina və PHS tapılaraq zərərsizləşdirilib. Ötən ay mina PHS hadisəsi qeydə alınmayıb.
Qeyd edək ki, ANAMA tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Tovuz, Ağcəbədi, Ağstafa və Samux rayonlarında aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR