Bank Of Baku

Şirvanda “Vətəndaşların müraciətlərinə baxılması və sənədlərlə işin təşkili” mövzusunda seminar-müşavirə keçirilib

Şirvanda “Vətəndaşların müraciətlərinə baxılması və sənədlərlə işin təşkili” mövzusunda seminar-müşavirə keçirilib
# 04 iyun 2009 12:07 (UTC +04:00)
Şirvan. Әlibәy Zeynallı-APA. Şirvanda “Vətəndaşların müraciətlərinə baxılması və sənədlərlə işin təşkili” mövzusunda zona seminar müşavirəsi keçirilib. Bu barәdә APA-nın Mil-Muğan bürosu xəbər verir. Seminar-müşavirə Şirvan şəhər İcra Hakimiyyətinin konfrans zalında 10 rayonun icra hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə şöbələrinin, məhkəmə orqanlarının və digər səlahiyyətli təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilib. Seminarda Prezident Admnistrasiyasının Sənədlərlə və vətəndaşların müraciəti ilə iş şöbəsinin müdir müavini Fikrət Əzizov və digər səlahiyyətli şəxslər çıxış edib. Çıxışlarda qeyd olundu ki, 2008-ci ildə vətəndaşlardan daxil olan müraciətlərin 52 faizi ərizə, 46 faizi isə şikayət olub. 10 rayon üzrə daxil olan müraciətlərin 55 faizi öz həllini tapıb, 14 faizi əsassız sayılıb, qalan müraciətlər üzrə isə arşdırmalar davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR