Bank Of Baku

Bakı sakinlərinə vaxtı keçmiş dondurmaların satıldığı məlum olub

Bakı sakinlərinə vaxtı keçmiş dondurmaların satıldığı məlum olub
# 04 iyun 2009 12:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti növbəti monitorinq keçirib. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakı şəhərinin Nərimanov rayonu, Xətai prospekti, 23 ünvanında «Cəmal LTD»yə məxsus dondurmaların topdansatış obyektində, Nəsimi rayonu, F. Əmirov küçəsi, 13 ünvanında «Saba şirkəti» MMC-yə məxsus və Nəsimi rayonu, C. Hacıbəyli küçəsi, 39 ünvanında fiziki şəxs C. Cavadova məxsus dondurma mağazalarında ümumi çəkisi 600 kq-a yaxın istifadə müddəti ötmüş müxtəlif çeşidli dondurmalar aşkar olunub və satışdan çıxarılaraq məhv edilib.
Dövlət Xidməti tərəfindən, həmçinin, Mingəçevir şəhəri, Gəncə şossesi, 10A ünvanında fiziki şəxs İ. Məmmədova məxsus və Goranboy rayonu, Dəliməmmədli şəhəri Y. Rəhimov küçəsində fiziki şəxs A.Məmmədovun tikinti materialları mağazalarında 4 tona yaxın saxta sement aşkar edilərək satışdan çıxarılıb.
Qanun pozuntusuna yol vermiş 2 hüquqi və 3 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR