Bank Of Baku

“MMC-lər ilə bağlı bir sıra aktual məsələlər: Azərbaycan qanunvericiliyi və beynəlxalq təcrübə” mövzusunda seminar keçirilib

“MMC-lər ilə bağlı bir sıra aktual məsələlər: Azərbaycan qanunvericiliyi və beynəlxalq təcrübə” mövzusunda seminar keçirilib
# 04 iyun 2009 14:07 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Hüquqşünaslar Konfederasiyası (AHK) Almaniyanın Texniki Əməkdaşlıq Təşkilatı (GTZ) ilə birgə “MMC-lər ilə bağlı bir sıra aktual məsələlər: Azərbaycan qanunvericiliyi və beynəlxalq təcrübə” mövzusunda seminar keçirib. APA-nın məlumatına görə, seminarda vəkillər və hüquqşünaslar iştirak edib. Seminarda parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi baxımından MMC-lərin hüquqi bazası ilə bağlı məsələlərin müzakirəsinin vacib olduğunu deyib. Onun sözlərinə görə, 2 il əvvəl MMC-lərlə bağlı Azərbaycanda qanunvericiliyə ciddi dəyişiklik edilib: “Hətta bizim üçün də bu qanunvericilik kifayət qədər mürəkkəbdir. Amma çox doğru olaraq MMC-lərlə bağlı qanun qəbul edilərkən Avropa, xüsusilə də Almaniya təcrübəsi əsas götürülüb”.

Seminarda Almaniyadan gəlmiş mütəxəssis, Yuxarı Torpaq Məhkəməsinin keçmiş hakimi Volfqanq Eith mövzu ilə bağlı məruzə ilə çıxış edib. O qloballaşma prosesinin hüquqdan da yan keçmədiyini və buna görə də ayrı-ayrı ölkələrdə qəbul edilən qanunların bir-biri ilə uyğunlaşdırılması zərurətinin yarandığını qeyd edib: “MMC-lərlə bağlı qanunvericilikdə əsas prinsip ondan ibarət olmalıdır ki, mülki şəxslər bir araya gələrək faydalı işlə məşğul ola bilsinlər. Bu sahədə Almaniyanın yüz ildən artıq təcrübəsi var və faydalı qanunların qəbulu üçün kifayət qədər vaxtı olub. Azərbaycan isə hələ yolun başlancığındadır”. Seminarda Azərbaycan qanunvericiliyi ilə digər ölkələrin qanunları müqayisə edilib, seminar iştirakçılarının sualları cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR