Bank Of Baku

Dövlət Əmək Müfəttişliyi qeyri-qanuni şəkildə işdən azad edilmiş 32 nəfəri işinə bərpa edib

Dövlət Əmək Müfəttişliyi qeyri-qanuni şəkildə işdən azad edilmiş 32 nəfəri işinə bərpa edib
# 15 iyul 2009 09:08 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi tərəfindən cari ilin yanvar-iyun aylarında 1 216 müəssisədə dövlət nəzarəti həyata keçirilib. Bu barədə «APA-Economics»ə Dövlət Əmək Müfəttişliyindən məlumat verilib.

Dövlət nəzarəti həyata keçirilmiş müəssisələrdən 487-si dövlət, 729-u isə qeyri-dövlət müəssisəsi olub. Hesabat dövründə 1 476 ərizə araşdırılıb, 508 məktuba baxılıb. Cari ilin ilk 6 ayında müfəttişlik tərəfindən 508 551 manat gecikdirilmiş ödəmələrin ödənilməsi təmin edilib ki, bunun da 471 961 manatını əmək haqları, 10 033 manatını dəymiş zərərə görə ödənişlər, 26 012 manatını isə sosial müavinət və kompensasiyalar təşkil edib.

Hesabat dövründə 4 421 hüquq pozuntusu aşkarlanıb, inzibati xətaya görə 263 970 manat inzibati cərimə tətbiq edilib.

Müfəttişliyin işə qarışması nəticəsində qeyri-qanuni şəkildə işdən azad edilmiş 32 şəxs işinə bərpa olunub, 676 kollektiv müqavilənin və 2 648 nəfərin əmək müqaviləsinin bağlaması təmin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR