Bank Of Baku

I ixtisas qrupu üzrə xüsusi təyinatlı ali məktəblərə sənəd vermiş abituriyentlərin nəticələri açıqlanıb

I ixtisas qrupu üzrə xüsusi təyinatlı ali məktəblərə sənəd vermiş abituriyentlərin nəticələri açıqlanıb
# 15 iyul 2009 13:28 (UTC +04:00)
Azərbaycan Respublikasının xüsusi təyinatlı ali məktəblərinin I ixtisas qrupuna daxil olan ixtisasları üzrə sənəd vermiş abituriyentlərin nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, 2009/2010-cu tədris ili üçün Fövqəladə Hallar Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına sənəd vermiş abituriyentlər arasında I ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən müsabiqə keçirilib.
Müsabiqədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “Fövqəladə hallar və həyat təhlükəsizliyi” ixtisasına keçid balı 219, “Yanğın təhlükəsizliyi” ixtisasına isə keçid balı 161 olub. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) I ixtisas qrupuna daxil olan ”İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasına keçid balı 261 bal olub. Müsabiqə nəticəsində FHN-in Akademiyasına qəbul olunmuş tələbələrin siyahısı Fövqəladə Hallar Nazirliyinə, MTN-in Akademiyasına qəbul olunmuş tələbələrin siyahısı Milli Təhlükəsizlik Nazirliyinə göndərilib. Adı çəkilən ali məktəblərə sənəd vermiş və müsabiqədən keçmiş tələbələr müvafiq olaraq FHN-in və MTN-in Akademiyasına müraciət edərək qeydiyyatdan keçməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR