Bank Of Baku

On yaşlı qızın ürəyində açıq cərrahiyyə əməliyyatı aparılıb

On yaşlı qızın ürəyində açıq cərrahiyyə əməliyyatı aparılıb
# 15 iyul 2009 14:45 (UTC +04:00)
Şirvan. Əlibәy Zeynallı – APA. Şirvan şəhərinin 10 yaşlı sakini Seyidşərəf Səmədovanın ürəyində açıq cərrahiyyə əməliyyatı aparılıb. Respublika Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyyəsi şöbəsindən APA-ya verilən məlumata görə, S. Səmədova anadangəlmə ürək qüsuru ilə doğulub. Onun vəziyyəti kritik fazaya daxil olduğundan ürəyində açıq cərrahiyyə əməliyyatı aparılıb və əməliyyat uğurla başa çatıb. Cərrahiyyə əməliyyatını xəstəxananın Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri Rəşad Mahmudov aparıb. Əməliyyatın maliyyə xərclərini keçirilən mərhəmət aksiyası nəticəsində ölkənin müxtəlif yerlərindən olan iş adamları və xeyirxah insanlar ödəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR