Bank Of Baku

İsti və küləkli hava şəraiti davam edəcək

İsti və küləkli hava şəraiti davam edəcək
# 16 iyul 2009 08:59 (UTC +04:00)
Şimal-qərb küləyi əsəcək, arabir yarımadanın bəzi yerlərində güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 29-32, axşam 25-27, Abşeron çimərliklərində dəniz suyunun hərarəti 25-26 dərəcə isti olacaq.

İyulun 17-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz arabir nisbətən güclənəcək. Havanın temperaturu gecə 21-24 dərəcə, gündüz 30-34, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq. İyulun 18-də havanın dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. Şimal küləyi əsəcək, arabir nisbətən güclənəcək. Havanın temperaturu gecə 21-25 dərəcə, gündüz 32-35 dərəcə isti olacaq. İyulun 19-da havanın az buludlu, yağmursuz olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25 dərəcə, gündüz 35-37 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 17-də hava əsasən yağmursuz olacaq, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-26 dərəcə, gündüz 34-38 dərəcə, dağlarda gecə 14-18 dərəcə, gündüz 25-29 dərəcə isti olacaq. İyulun 18-19-da hava əsasən yağmursuz olacaq. Lakin iyulun 18-də gecə bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 22-27 dərəcə, gündüz 35-39 dərəcə, dağlarda gecə 15-18 dərəcə, gündüz 26-30 dərəcə isti olacaq.

Yaxın iki gün üçün olan tibbi-meteoroloji proqnoza əsasən, Abşeron yarımadasında arabir güclənən xəzri küləyini meteohəssas insanlar üçün müsbət amil kimi qiymətləndirmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR