Bank Of Baku

Penitensiar sistemlə bağlı yazılar yazan KİV işçiləri üçün treninq keçirilib

Penitensiar sistemlə bağlı yazılar yazan KİV işçiləri üçün treninq keçirilib
# 16 iyul 2009 10:54 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakını təmin edən İctimai Komitə ilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası penitensiar sistemlə bağlı yazılar yazan KİV işçiləri üçün treninq keçirib. APA-nın xəbərinə görə, treninqdə çıxış edən Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov bildirib ki, tədbirin əsas məqsədi KİV-ə penitensiar sistemdə həyata keçirilən islahatlar, ictimai nəzarət mexanizminin detalları haqqında məlumatlar verməkdir. F. Qurbanov deyib ki, Ədliyyə Nazirliyi İctimai Komitənin penitensiar müəssisələrə baş çəkməsində maraqlıdır: “Hüquq müdafiəçilərinin sərbəst şəkildə cəzaçəkmə müəssisələrinə baş çəkməsi üçün hər cür şərait yaradılıb. Onlar iki və daha artıq tərkibdə cəzaçəkmə müəssisələrinə baş çəkə, hər bir məhkumla təkbətək görüşlər keçirə bilər. Ədliyyə nazirinin tapşırığına əsasən İctimai Komitənin penitensiar müəssisələrə baş çəkməsinin səmərəliliyini artırmaq üçün rəy forması da hazırlanıb. Cəzaçəkmə müəssisələri ilə bağlı hazırlanan rəylər və orada göstərilən detallar nazirə məruzə olunur”.

F. Qurbanov onu da əlavə edib ki, yaxın vaxtlarda Ədliyyə Nazirliyinin saytı yenilənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR