Bank Of Baku

Antik Gəncənin öyrənilməsi üçün aparılmalı olan arxeoloji qazıntılar ciddi problemlə üzləşib

Antik Gəncənin öyrənilməsi üçün aparılmalı olan arxeoloji qazıntılar ciddi problemlə üzləşib
# 16 iyul 2009 11:29 (UTC +04:00)
Goranboy. Teymur Zahidoğlu-APA. Antik Gəncə haqda informasiyaların toplanması üçün labüd olan arxeoloji qazıntıların aparılmasında ciddi problemlər yaranıb. Bu barədə APA-ya açıqlamasında Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, Goranboyda Şutur qalasını tədqiq edən professor Arif Məmmədov məlumat verib: “Arxeoloji qazıntıların aparılması üçün nəzərdə tutulmuş ərazinin bir hissəsində Kəlbəcərdən didərgin düşmüş məcburi köçkünlər məskunlaşıb, bir hissəsində şəhər zibilxanası salınıb. Bir qisim torpaq sahəsi isə kanalizasiya və digər infrastrukturların keçdiyi marşrutu əhatə edir. Buna görə də qazıntı işlərinə başlamaq hələlik mümkün deyil”.

Arif Məmmədovun sözlərinə görə ərazinin boşaldılması və qazıntı işlərinin təmin olunması üçün lazımi şəraitin yaradılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarı olsa da, buna məhəl qoyan yoxdur. İndiyədək müvafiq icra strukturlarına ünvanlanan çoxsaylı müraciətlər də baxılmamış qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR