Bank Of Baku

Penitensiar Xidmətdə psixoloq ştatı yaradılıb

Penitensiar Xidmətdə psixoloq ştatı yaradılıb
# 16 iyul 2009 11:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində psixoloq ştatı yaradılıb. Hazırda onların kompleksləşdirilməsi aparılır”. APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov deyib. O bildirib ki, Ədliyyə Nazirliyi Bakı Dövlət Universitetinin psixologiya fakültəsinin tələbələrinin nazirliyin müəssisələrində staj keçməsi və sonrakı mərhələdə işlə təmin olunması üçün universitetlə razılıq əldə edib: “Yaxın zamanlarda psixoloqların tam kompleksləşdirilməsi həyata keçiriləcək. Hazırda elə bir cəzaçəkmə müəssisəsi yoxdur ki, orada psixoloq yardımı göstərilməsin. Lakin bu yardımların səviyyəsi bizi tam qane etmir, ona görə də bu işi gücləndirəcəyik”.

Qeyd edək ki, hazırda Ədliyyə Nazirliyinin 6 əməkdaşı Rusiyanın Tatarıstan Respublikasında Ədliyyə Akademiyasında psixoloq ixtisası üzrə təhsil alır. Bu il daha 10 əməkdaş orada təhsil almağa göndəriləcək. Ümumilikdə Penitensiar Xidmətdə 25 psixoloq yeri ayrılıb. Onların 23-ü müxtəlif cəzaçəkmə müəssisələrində işləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR