Bank Of Baku

TQDK I ixtisas qrupunun abituriyentləri üçün xüsusi buraxılış nəşr edib

TQDK I ixtisas qrupunun abituriyentləri üçün xüsusi buraxılış nəşr edib
# 16 iyul 2009 13:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) I ixtisas qrupunun abituriyentləri üçün “Abituriyent” jurnalının "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli" adlı xüsusi buraxılışını nəşr edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xüsusi buraxılışda 2009-2010-cu tədris ili üçün ali məktəblərin I ixtisas qrupunda təhsil formaları (ödənişsiz və ödənişli əsaslarla), Azərbaycan və rus bölmələri və hər iki bölmənin birgə müsabiqəsi üçün tələbə qəbulu planı, müsabiqədə iştirak şərtləri, müsabiqədə iştirak hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanmasına dair məlumatlar, xüsusi qabiliyyət tələb edən ixtisaslara tələbə qəbulu müsabiqəsində iştirak üçün qoyulan tələblər (minimal test imtahanı balı, minimal qabiliyyət imtahanı balı) barədə ətraflı məlumatlar verilib. Analoji vəsait IV ixtisas qrupu üzrə qəbul imtahanından 2 gün sonra dərc edilib abituriyentlərin istifadəsinə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR