Bank Of Baku

BP tərəfindən Xatınlı icmasına kənd təsərrüfatı sektorunu gücləndirmək məqsədi ilə 226 min manat həcmində qrant ayrılacaq

BP tərəfindən Xatınlı icmasına kənd təsərrüfatı sektorunu gücləndirmək məqsədi ilə 226 min manat həcmində qrant ayrılacaq
# 16 iyul 2009 13:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev-APA-Economics. BP özünün Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tiflis-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları adından Tovuz rayonundakı Xatınlı icmasının iqtisadi inkişafına dəstək məqsədi ilə 226 min dollar həcmində qrant ayıracağını elan edib.

BP-nin Bakıdakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu layihənin məqsədi Xatınlı icmasının öz iqtisadi inkişafını kənd təsərrüfatında məhsuldarlığı gücləndirmək vasitəsilə yaxşılaşdırmaq səylərinə dəstək verməkdir.

Layihədə yüksək keyfiyyətli yem hasilatı üçün istifadə olunan yeni dənli bitkilərin bir çox növlərinin tətbiq edilməsi, keyfiyyətli yem emal edən obyektin layihələşdirilməsi və tikintisi, heyvandarlıqda süni mayalanma proqramının həyata keçirilməsi, bioloji qaz texnologiyasının gətirilməsi və tətbiq edilməsi, yeni aqrotexniki texnologiyalar və metodlarla bağlı icma bacarıqlarının yaradılması, məhsul, mal-qara, anbar və informasiyanın idarə edilməsinin təkmilləşdirilməsi vasitəsilə bazar subsektorunda dəyər zəncirinin yaxşılaşdırılması, əlavə iqtisadi imkanların təmin olunması üçün soyuducu anbar obyektinin layihələşdirilməsi və inşası, layihənin yem emalı obyektini, soyuducu saxlama anbarını və süni mayalanma xidmətlərini səmərəli şəkildə idarə etmək üçün bir məhdud məsuliyyətli şirkətin təsis edilməsi kimi bir sıra fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, layihə Gəncə Aqrobiznes Assosiasiyası (GABA) tərəfindən həyata keçiriləcək. BTC və CQBK boru kəmərləri boyunca yerləşən icmalar üçün nəzərdə tutulmuş İcma İnkişafı Təşəbbüsü üzrə növbəti dəvətlə bağlı keçirilən rəqabətli seçmə prosesi əsasında bu layihəni yerinə yetirmək üçün GABA seçilib.

Xatırladaq ki, qrantın ümumi məbləği 226 min dollar təşkil edir. Bundan başqa, GABA layihəyə kömək məqsədi ilə təxminən 6 min dollar ayıracaq və layihə üçün əlavə 24,5 min dollar toplamaq məqsədi ilə icma üzvlərini səfərbər etməyi öhdəsinə götürür.

Layihənin müddəti 2009-cu ilin iyun ayından 2010-cu ilin dekabr ayınadək nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR