Bank Of Baku

Saxlama müddəti ötmüş 200 kiloqramdan çox ərzaq məhsulları aşkarlanaraq məhv edilib

Saxlama müddəti ötmüş 200 kiloqramdan çox ərzaq məhsulları aşkarlanaraq məhv edilib
# 16 iyul 2009 13:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti keçirdiyi növbəti monitorinqlərin nəticələrini açıqlayıb. İqtisadi İnkişaf Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, monitorinqlər zamanı Bakının Binəqədi rayonundakı “Universal market”də, “İlkin market”də, “Tayqa market”də, “Yurd market”də, Nəsimi rayonundakı “Gold market”də, Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən “Rafaello” pərakəndə ticarət mağazasında və Tovuz rayonunun Qovlar qəsəbəsindəki “Nar market”də ümumi çəkisi 200 kiloqramdan çox olan saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa, qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, sərinləşdirici içkilər, mayonezlər aşkarlanaraq satışdan çıxarılıb və məhv edilib. Sumqayıt şəhərində Ayaz Kərimova məxsus tikinti materialları mağazasında isə 4,2 ton saxta sement aşkar edilərək satışdan çıxarılıb. Qanun pozuntusuna yol vermiş 8 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Ümumiyyətlə, bu il mayın 17-dən - Azərbaycan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında qanun qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 34 hüquqi şəxsə 132,5 min manat, 177 fiziki şəxsə 266 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR