Bank Of Baku

Azərbaycanda əhalinin adambaşına düşən gəlirləri 1 226 manata çatıb

Azərbaycanda əhalinin adambaşına düşən gəlirləri 1 226 manata çatıb
# 16 iyul 2009 14:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin yanvar-iyun aylarında Azərbaycanda əhalinin adambaşına düşən gəlirləri 2008-ci ilin eyni dövrü ilə müqayisədə 14,8% artaraq 1 226 manata çatıb. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə əhali tərəfindən əldə edilmiş 10,6 mlrd. manatlıq gəlirin 67%-i son istehlaka, 10,4%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 22,6%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 9,5 mlrd. manatlıq və ya 2008-ci ilin müvafiq dövründəkindən 16,6% çox vəsait qalıb.

Hesabat dövründə ölkə iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 298 manat təşkil edib və 19% artıb.

Daha yüksək orta aylıq əmək haqqı mədənçıxarma sənayesində, maliyyə fəaliyyətində, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində və tikintidə müşahidə olunub.

Müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 161,4 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 264,4 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR