Bank Of Baku

Azərbaycanda virtual satış mərkəzi yaradılıb

Azərbaycanda virtual satış mərkəzi yaradılıb
# 16 iyul 2009 14:29 (UTC +04:00)
Bakı-APA. “Şəmsi Əsədullayev Xeyriyyə” İctimai Birliyi Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yerli məhsulların təbliği və virtual satış mərkəzinin yaradılması” layihəsi həyata keçirir. Birlikdən APA-ya verilən məlumata görə, layihə çərçivəsində Azərbaycanda istehsal edilən məhsulların təbliğini və sahibkarlığın inkişafında informasiya dəstəyini reallaşdırmaq nəzərdə tutulur. Layihə icraçıları bu fəaliyyət sahəsinin davamlı və effektli olması, ölkəmizin istehsal potensialının realizə olunmasında istehlakçı və istehsalçı münasibətlərinin yeni formasının qurulması məqsədi ilə özəl sektor ilə əməkdaşlığı vacib sayır. Artıq layihə çərçivəsində virtual satış mərkəzi – www.vsm.az saytı yaradılıb. Bununla da hər bir fərdi sahibkar (fiziki şəxs) və ya firma (müəssisə, holdinq) öz fəaliyyəti, istehsal etdiyi məhsul haqqında informasiyanı ödənişsiz olaraq virtual satış mərkəzində yerləşdirmək imkanı qazanıb. Layihənin rəhbəri Cəsarət Hüseynzadənin sözlərinə görə, mərkəzin yaradılmasında Rusiya, Türkiyə və Avropa ölkələrinin təcrübəsi əsas götürülüb. Mərkəzin xidmətindən istifadə etmək üçün hər hansı yazılı və yaxud şifahi müraciətə ehtiyac yoxdur. İstənilən müəssisə nümayəndəsi saytda daxil olub qeydiyyatdan keçərək, dərhal administrator tərəfindən ona yollanmış istifadəçi adı və paroldan istifadə edib saytda öz firmasına aid informasiyanın idarə edilməsini təşkil edir. Hər bir internet istifadəçisi saytda bütün sahələr üzrə hər bir müəssisə və onun məhsulları haqqında geniş informasiya əldə edə bilər. Bura müəssisələrin qazandığı uğurlardan tutmuş istehsal etdiyi məhsulun tərkibi haqqında informasiyaya qədər məlumatları aid etmək olar. Cəsarət Hüseynzadə bildirib ki, Azərbaycanda həyata keçirilən layihələrin nəticəsinin ən uğursuz tərəfi layihənin davamlı olmaması və sonradan özünü maliyyələşdirə bilməməsidir. Buna görə də layihə icraçıları yerli məhsulların ölkədə və xaricdə təbliği, sistemli məlumat bazasının yaranması üçün bütün sahibkarların layihəyə dəstək verməsini vacib sayır və hər kəsi əməkdaşlığa dəvət edirlər. Layihənin digər istiqaməti “Milli məhsulların kataloqu” nəşrini hazırlamaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR