Bank Of Baku

Azərbaycan vətəndaşları üçün Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə qəbul elan edilib

Azərbaycan vətəndaşları üçün Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə qəbul elan edilib
# 16 iyul 2009 15:24 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə qəbul elan edilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbində Azərbaycan gənclərinin təhsil alması üçün keçirilən müsabiqədə iştirak etmək istəyənlər iyulun 5-dən 22-dək TQDK-nın internet saytında müvafiq səhifəyə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Müsabiqənin birinci mərhələsində namizədlər TQDK tərəfindən keçirilən I və ya IV qrup üzrə test imtahanı verirlər. Bu mərhələdə həm Azərbaycan, həm də rus bölməsinin abituriyentləri iştirak edə bilərlər. II mərhələdə test imtahanlarından 350-dən yuxarı bal toplayan və qəbul elanında qeyd olunmuş boy, çəki normalarına və digər şərtlərə uyğun gələn namizədlər arasında seçim aparılacaq.
Müsabiqənin yekunlarına əsasən, 10 nəfər namizəd Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə təhsil almağa göndəriləcək. Kursantlar təhsili bitirdikdən sonra əlavə olaraq həmin ölkədə 1 il təkmilləşmə kursuna cəlb olunacaqlar.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbini müvəffəqiyyətlə bitirmiş şəxslər Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaqlar. Bu təhsil müəssisəsinə qəbul olmayanlar respublikanın mülki ali məktəblərinin müsabiqəsində iştirak edəcəklər.

Qeyd edək ki, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinin əsası (Kara Harp Okulu) 1834-cü ildə İstanbul şəhərində qoyulub.1936-cı ilin sentyabr ayından tədris müəssisəsi paytaxt Ankaraya köçürülüb. 2000-ci il mayın 11-də Türkiyə Böyük Millət Məclisində qəbul edilən “Hərbi Məktəblər Qanunu” ilə Quru Qoşunları Ali Hərbi Məktəbi universitet statusuna malik ali təhsil müəssisəsi kimi təsdiq olunub. Hazırda tədris müəssisəsində kursantlara əyani təhsil forması üzrə 4 il müddətində təhsil verilir. Tədris yalnız türk dilində aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR