Bank Of Baku

Ətraf mühitə vurulmuş ziyana görə 8500 manat cərimə tətbiq olunub

Ətraf mühitə vurulmuş ziyana görə 8500 manat cərimə tətbiq olunub
# 17 iyul 2009 07:23 (UTC +04:00)
2009-cu ilin 06-13 iyul tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 24 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 11 göstəriş verilib. Atmosfer havası üzrə 1 akt tərtib olunub, 5 məcburi göstəriş verilib. Su ehtiyatları üzrə 1 akt tərtib olunub.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 12 akt və protokol tərtib olunub, 6 məcburi göstəriş verilib, 2 iş üzrə 8500 manat məbləğində cərimə tətbiq edilib. Floranın mühafizəsi sahəsində dəymiş ziyana görə 6 akt və protokol, 3 iş üzrə 14500 manat məbləğində cərimə tətbiq edilib. Yerin təkinin mühafizəsi sahəsində 4 akt və protokol tərtib olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR