Bank Of Baku

İçərişəhərdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb

İçərişəhərdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb
# 17 iyul 2009 08:44 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. İçərişəhərdə Yunanıstan səfirliyindən Qoşa Qala qapısına qədər Kiçik Qala küçəsində daş döşəmə işləri aparıldığından bu istiqamətdə avtomobillərin hərəkəti bir neçə həftəlik dayandırılıb. Bu barədə APA-ya Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib. İdarədən bildiriblər ki, İçərişəhərin min illər ərzində formalaşmış memarlıq-şəhərsalma və abidələr kompleksinin qorunub saxlanılması, eyni zamanda onun ərazisindəki abidələrin bərpası və təmiri, şəhərin sosial-iqtisadi inkişafının təmin edilməsi və onun müasir tələbləri ödəyən beynəlxalq səviyyəli turist mərkəzinə çevrilməsi istiqamətində böyük işlər görülür: “Son vaxtlar İçərişəhərdə aparılan abadlıq və quruculuq işlərinin miqyası genişlənib. İçərişəhərin tarixi görkəminə xələl gətirmədən görülən işlər onun görkəmini və burada yerləşən qədim tikili və mədəniyyət obyektlərinin əhəmiyyətini daha da artırır” .
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR