Bank Of Baku

Bu ilin iyun ayının 1-nə ölkədə iqtisadi fəal əhalinin sayı 4325,3 min nəfərə çatıb

Bu ilin iyun ayının 1-nə ölkədə iqtisadi fəal əhalinin sayı 4325,3 min nəfərə çatıb
# 17 iyul 2009 10:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Cari ilin iyun ayının 1-nə ölkədə iqtisadi fəal əhalinin sayı 4325,3 min nəfər olub, onlardan 4064,4 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yanvar-may aylarında müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin siyahı sayı 1383,7 min nəfər, orta siyahı sayı isə 1357,5 min nəfər təşkil edib. Onların 873,9 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 483,6 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. Muzdla işləyənlərin 19,9%-i istehsal sahələrində, 12,4%-i sənayedə, 4,8%-i tikintidə, 2,7%-i kənd təsərrüfatı, ovçuluq, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olublar.

Xidmət sahəsində çalışanların 25,5%-i təhsil, 19,5%-i topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri, 10,1% səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9% nəqliyyat, anbar təsərrüfatı və rabitə, 6,2% digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi, 5% daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi, 4,2% dövlət idarəetməsi və müdafiə sahəsində, 2,7%-i isə digər sahələrdə cəmlənib.

Bu ilin yanvar-may aylarında müəssisə və təşkilatlarda 5 min nəfər əcnəbi iqtisadi əmək fəaliyyəti ilə məşğul olub. Əcnəbilərin 1,4 min nəfəri sənayedə, 1,5 min nəfəri tikintidə, 0,6 min nəfəri daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində, 0,5 min nəfəri topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri, 0,4 min nəfəri təhsil sahəsində, 0,6 min nəfəri digər sahələrdə işləyib.

Məşğulluq mərkəzlərinin məlumatına görə, 2009-cu il iyun ayının 1-nə ölkə üzrə rəsmi işsiz statusuna malik olan şəxslərin sayı 44125 nəfər olub, onların da 45,7%-ni qadınlar təşkil edib. Bir boş iş yerinə tələbat işsiz statusuna malik olan 4 nəfər şəxsdən ibarət olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR